Birce Akalay yeni serialda

MƏDƏNİYYƏT
09:51 / 17.11.2026
171

Türkiyəli məşhur aktrisa Birce Akalay ekranlara qayıdır.

Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.

Sənətçi unudulmaz serial “Yasak Elma”nın yeni versiyası olacaq “Yasak Elmas”ın baş rolunu canlandıracaq. Gözəl aktrisa ekran işində “Peri” obrazına həyat verəcək. Adıçəkilən layihə “Now” telekanalında yayımlanacaq. Hazırda serialda çəkiləcək digər aktyor və aktrisaların seçmələri davam etdirilir.

Qeyd edək ki, Birce Akalay karyerası ərzində “Asi”, “Yer Gök Aşk”, “Ben Onu Çok Sevdim”, “Küçük Ağa”, “Evli ve Öfkeli”, “Hayat Bazen Tatlıdır”, “Siyah Beyaz Aşk”, “Babil”, “Mezarlık” və “Kuş Uçuşu” kimi iddialı seriallarda çəkilib.

Pərviz

0