Rok-n-roll “atasız” qaldı (VİDEO)

MƏDƏNİYYƏT
23:28 / 09.05.2020
2004

Rok-n-roll janrının banisi, Litl Riçard kimi tanınan Riçard Penniman dünyasını dəyişib.

Bu barədə Rolling Stone xəbər yayıb.

​Musiqiçinin 87 yaşı vardı. Onun oğlu Denni Penniman atasının ölüm xəbərini təsdiqləyib, amma səbəbini hələ bilmədiklərini deyib.

Litl Riçard "Tutti Frutti" (1955), "Good Golly Miss Molly", "Lucille" mahnıları ilə tanınmışdı. O, rok-n-rollun Şərəf zalına daxil edilən ilk ifaçılardan olub (1986-cı ildə). Ömrü boyu onlarla sinql və albom yazdırıb.

1958-62-ci illərdə Litl Riçard xristianlığa maraq göstərdiyindən çıxışlarını dayandırıb. İkinci dəfə 1977-ci ildə musiqi ilə vidalaşıb və yenidən dinə qayıdıb. Məlumdur ki, o, Brüs Uillis və Demi Murun nikahını qıyıb.

2
Sputnik.az