“Doğanın Kanunu” başladı: Reytinqləri necədir?

MƏDƏNİYYƏT
11:57 / 11.06.2026
120

Ötən axşam Türkiyənin “Star” telekanalında “Doğanın Kanunu” adlı yeni serial yayımlanmağa başlayıb.

Hit.az xəbər verir ki, ekran işinin ilk bölümü gözləntilərin altında qalıb.

Belə ki, birinci bölüm “Total” kateqoriyasında 2,46 balla 6-cı olub. “AB” və “ABC1” kateqoriyalarında isə 4-cü sırada qərarlaşıb. Layihə “Eşref Rüya” və “Kuruluş Orhan”ı keçə bilməyib.

Lakin adıçəkilən serialların bitməsinin ardından “Doğanın Kanunu”nun zirvəyə çıxma ehtimalı real görünür. Çünki serialda Alperen Duymaz və Özge Yağız kimi məşhurlar baş rolda çəkilir. Üstəlik, sosial şəbəkələrdə də ekran işinə maraq var.

Pərviz Şimşək
 

0