"Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır" - Xamneyinin müşaviri

SİYASƏT
12:28 / 06.10.2020
881

Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır.

Bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O bildirib ki, BMT-nin Dağalıq Qarabağın işğaldan azad edilməsi haqqında 4 qətnaməsi var. İran da BMT-nin üzvü kimi bu qərarların yerinə yetirilməsini istəyir.

Ə.Vilayəti diqqətə çatdırıb ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ azad edildikdən sonra onlar öz doğma yurdlarına qayıtmalıdırlar.

0
mediapost.az