Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfər edib.
Bu səfərdə məqsəd nədir, hansı əhəmiyyəti daşıyır?
Hit.az-ın sualını siyasi şərhçi Mübariz Göyüşlü cavablandırıb:
“Azərbaycan Prezidentinin Türkiyə səfəri illərdir davam edən gözəl bir ənənənin davamdır. Azərbaycanda və Türkiyədə dövlət başçısı seçilmiş şəxs ilk səfərini qardaş ölkəyə edir. Bu baxımdan bu ənənənin yenə davam elədiyini bütün dünya gördü. Azərbaycan Prezidentin Türkiyə səfərini sevinc və qürurla izləyirik. Hazırda iki dövlət arasında münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Bizim qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin qorunub saxlanılması regionda sülh və sabitliyin qorunması, hər iki dövlətin təhlükəsizliyi baxımından da çox önəmlidir və bu səfərlər bu məqama xidmət edir”.
Mübariz Göyüşlü imzalanan sənədlərin, verilən bəyanatların önəmindən də danışıb:
“ Hər iki dövlət dünya derjavalarının diqqət mərkəzindədir. Bu gün Türkiyə və Azərbaycanın beynəlxalq aləmdə rolunun güclənməsini qısqanclıqla qarşılayan qüvvələr var. Seçkilərdən öncə və sonra Azərbaycana qarşı müxtəlif təşkilatlar və dövlətlər tərəfindən qaralama kampaniyaları aparıldı. Cənab Ərdoğanın yenidən Azərbaycana dəstəyini dilə gətirməsi mesaj idi, önəmli idi. Digər tərəfdən Azərbaycan- Türkiyə Universitetinin yaradılması ilə bağlı məsələ mühüm əhəmiyyət daşıyır. Türkiyə təhsilinin universitet miqyasında Azərbaycana gətirilməsi vacib addımdır. Hər şey təhsildən başlayır.
Şuşada növbəti dəfə türk dövlətləri təşkilatının toplantısının keçiriləcəyi ilə bağlı elan verildi. Türk dünyasının Şuşadan bütün dünyaya bir daha “Qarabağ Azərbaycandır”, “Azərbaycan tək deyil, böyük türk ailəsinin üzvüdür” mesajı olacaq.
Dövlət başçısı “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var.Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - mesajını verdi. Bu bölgədə yenidən müharibə ocağı alovlandırmaq istəyənlərə kəskin bir cavab idi”,- deyə ekspert vurğulayıb.
Murad