KİVDF Əli Həsənovun və Vüqar Səfərlinin qəzetlərinə pul ayırmadı

18:40 / 04.07.2020
1526

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib. 

Müsabiqə Qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub:

İndiyədək KİVDF-dən maliyyə yardımı ayrılan bu qəzetlər siyahıdan kənarda qalıb: “Kaspi” qəzeti, “Mövqe” qəzeti, “Üç nöqtə” qəzeti, “Palitra” qəzeti, “Oxu məni” qəzeti, “Hərbi And” qəzeti, “The Business Times” qəzeti.

Qeyd edək ki, "Kaspi" qəzeti PA-nın sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Əliyevaya,  “Mövqe” qəzeti KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsusdur.

0