Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Misir Mərdanovun 80 yaşı tamam olur. O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub.


