Bəzi balıq növləri adi üzmə qabiliyyətindən kənar hərəkət imkanlarına malikdir. Onlar suyun dibində “yeriyir”, quruda sürünür, hətta şəlalələrə qalxa bilirlər.
HİT.az xəbər verir ki, bəzi dib balıqları döş üzgəclərindən istifadə edərək dəniz və çayların dibində hərəkət edə bilir. Məsələn, qurbağa balıqları ov axtararkən döş üzgəcləri vasitəsilə dənizin dibində addımlamağa bənzər şəkildə irəliləyirlər.
Epaulette köpəkbalıqları da qeyri-adi hərəkət qabiliyyəti ilə seçilir. Onlar qarın üzgəclərindən istifadə edərək qayalı və dayaz sularda hərəkət edə bilirlər.
Bəzi şirin su balıqları isə quruda da hərəkət edə bilir. İkidəfəslilər uzun və ətli üzgəclərinin köməyi ilə irəliləyir, quruda olduqda isə hərəkətləri daha çox qarınları üstündə sürünməyə bənzəyir.
Palçıqçı balıqlar da sudan tez-tez çıxaraq quruda hərəkət edən növlərdəndir. Onların döş üzgəclərində oynağa bənzər quruluş var. Bu xüsusiyyət quyruqla birlikdə onlara çay suyunun dəniz suyu ilə qarışdığı lil estuarilərində hoppanaraq irəliləməyə imkan verir.
Mütəxəssislərin fikrincə, bu hərəkətləri tam mənada “yerimək” adlandırmaq düzgün deyil. Lakin ən qeyri-adi nümunələrdən biri Taylandın tropik meşələrində yaşayan mağara mələk balıqlarıdır. Onların qarın üzgəcləri ilə onurğa arasında sümük əlaqəsi və güclü əzələləri var. Bu quruluş balıqlara mağaralarda hərəkət etməyə, hətta şəlalələrin yuxarı hissəsinə qalxmağa imkan verir.
Samir


