Sağlamlığı təhlükə altına atan moda

SOSİAL
23:58 / 27.05.2023
504

Bir çox məşhur geyim və ya aksesuar düşündüyümüz qədər zərərsiz deyil. Bu səbəbdən geydiyimlərin markasına, parçasına, rahatlığına görüntüsündən daha çox önəm vermək lazımdır.

HİT.az “axşam.az”a istinadən xəbər verir ki, geyim və aksesuarların yanlış seçimi bəzi sağlamlıq problemləri yarada bilər.

Taytlar

Davamı olaraq tayt geyinmək dərinin qıcıqlanmasına səbəb olur. Sıxlaşdırma özəlliyinə sahib parçası ayaqlarda qanın dövriyyəsini azaldır, dəri nəfəs ala bilmir, ayaqların tərləməsi və bakteriyaların çoxalması üçün münbit zəmin yaradır. Bu səbəbdən hər istifadədən sonra yuyulması məsləhət görülür.

Qələm ətək

Qələm ətək geyinən xanımlar çox zərif görünür, amma bu geyim təbii olaraq hərəkəti çətinləşdirir. Nəticədə təkcə yerişiniz deyil, duruşunuz da dəyişir ki, bu da bel ağrısına səbəb ola bilər. Bu geyimdə hərəkət etmək əzələlərdə gərginlik yaradır.

Saç bantları
Sintetik saç bantı frontalis əzələlərini sıxaraq narahatlıq və baş ağrısına səbəb ola bilər. Təbii parçalardan hazırlanan saç aksesuarından istifadə etməyiniz daha məqsədə uyğundur.

Topuqlu ayaqqabılar

Bel sütununu düz saxlayaraq qamətinizi formaya salan topuqlu ayaqqabılar digər tərəfdən bütün yükü barmaqların üzərini yükləyir. Uzun müddət bu tip ayaqqabılardan istifadə ayaqlarda ağrıların yaranmasına, əzələlərin sıxılmasına və daha tez yorulmağınıza səbəb olur.

Günəş eynəkləri

Günəşin ultrabənövşəyi şüalarından qoruyan bu eynəklərin seçiminə xüsusilə diqqət yetirmək lazımdır. Küçədə satılan, şüalardan nə qədər qoruduğu qeyd olunmayan eynəklər gözlərinizdə bir çox problemə səbəb ola bilər. Gözü gün şüalarından qoruya bilməməklə yanaşı reaksiyaya girərək daha çox zərər vura bilər. Bu zaman gözünüzdə qızartılar, qıcıqlanmalar yarana bilər.

0