Əcnəbi kürəkən və gəlinlərin sayı sürətlə artır: Səbəb nədir?

SOSİAL
17:51 / 06.12.2023
574

Azərbaycanda əcnəbilərlə nikaha daxil olanların statistikası günü-gündən böyüyür.

Statistik rəqəmlər də təsdiqləyir ki, son vaxtlar əcnəbilərlə evlənənlər xeyli artıb.

Xüsusilə də qızların başqa ölkə vətəndaşlarına ərə getməsinə daha çox rast gəlinir. 

Hər il əcnəbilərlə nikaha daxil olanların sayı 2600-2700 arasında dəyişir.

Azərbaycanda ötən il ərzində ölkə vətəndaşları ilə əcnəbi şəxslər arasında bağlanılan nikahlardan 149-u pozulub.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, mədəniyyətlər arasında fərqlərin olması müəyyən zaman keçdikdən sonra həmin cütlüklər arasında bəzi problemlərə yol aça bilir: 

"Əcnəbi ilə qurulan ailələr heç də hər zaman uğursuz nəticələnməyə bilər. Amma əcnəbi ilə izdivaca girənlər də bilməlidir ki, onların mədəni və mental dəyərlərində fərqlər var. Onlar fərqli dünya baxışları olan ailələrdə doğulub, tərbiyə və təhsil alıblar. Bütün bunları düşünərək, addım atmaq lazımdır. Artıq uşaq dünyaya gəldikdə onun hansı mədəniyyəti daşıması, uşağa hansı valideynin tərbiyəsinin aşılanması kimi məsələlər ortaya çıxır. Bu zaman yaranan fikir ayrılıqları əksər hallarda boşanma ilə nəticələnir”.

Sevinc

0