Fitrə zəkatının məbləği nə qədərdir?

SOSİAL
17:10 / 08.04.2024
747

Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur.

Bəs fitrə zəkatının miqdarı nə qədərdir və şərtləri necədir?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, fitrə müsəlmanın bir ay ərzində yemədiyi yeməklərin ya özü, ya da məbləğidir ki, onu kasıblara ikram etməlidir. 

Buğda, arpa, noxud, xurma, kişmiş, pendir kimi məhsullardan verilə bilər, yaxud onun pulu verilə bilər:

"Evdə olan adambaşına 2-3 kiloqram arası bu məhsulların hansına gücü çatarsa, onun miqdarı qədər verilməlidir. Kim nə ilə qidalanırsa, ondan da fitrə verməlidir.  İllik qazancını təmin edə bilməyənlərə bu fitrə zəkatı vacib deyil. Hamilə qadının qarnındakı uşaq dörd ayı keçibsə, onun üçün də fitrə zəkatı verilməlidir. Əgər dörd aydan azdırsa, öz istəyinə bağlıdır, yenə də versə, daha yaxşıdır..."

İlahiyyatçı onu bildirib ki, fitrəni elə adamlara vermək lazımdır ki, onların ehtiyacı olsun. 

Sevinc 

0