Qonşun pisdirsə, köç qurtar?

SOSİAL
21:03 / 04.06.2024
878

Hit.az redaksiyasına şikayət daxil olub.

 

Xətai rayonu ərazisində yaşayan bir qrup sakin qonşuluğa köçüb gəlmiş kirayəçinin davranışlarından narahat olduqlarını bildiriblər:

"Həm çox pintidir. Evinin içi bir yana, küçəni də zibilləyir, əxlaqsız davranışlar sərgiləyir. Söyür hamını, tərbiyəsiz hərəkətlər edir. Qadındır , bütün bunları azyaşlı övladının gözü qarşısında edir. Evdə ruhi xəstə olan qardaşı var. Bütün günü dava edirlər .Azyaşlı uşaq isə doğmaları tərəfindən tez-tez döyülür, baxımsız qalır. Bu problem necə həll oluna bilər?"

Hit.az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, qonşular sahə müvəkkilinə müraciət etməlidirlər:

"Qonşunun şəxsi həyatına qarışmaq olmaz. Amma o öz hədlərini aşıb,digər qonşuları narahat edirsə, bu məsələni ərazi üzrə sahə müvəkklilinə müraciət edərək, yoluna qoymaq lazımdır. İcra hakimiyyəti nəzdində problemli ailələrlə iş üzrə şöbə var. Lazım gələrsə, həmin şöbənin əməkdaşları iş aparmalıdırlar, azyaşlının hüquqları qorunmalıdır. Psixoloji xəstəliyi olan şəxslə bağlı da müvafiq tədbirin görülməsi vacibdir. Əks halda biz Əhməd cinayətində məsuliyyətsizliyin nələrə səbəb olmasını cəmiyyət olaraq gördük", deyə hüquqşünas bildirib.

Murad

0