Sosial şəbəkədə çox şəkil paylaşanları psixoloji problemi var?

SOSİAL
20:36 / 06.08.2024
503

Sosial şəbəkə istifadəçiıəri həmin platformadan müxtəlif məqsədlə istifadə edir.

Kimisə yeniliklərlə tanış olur, kimsə özünə yeni dost qazanır, bəziləri isə sırf foto paylaşmaq üçün sosial şəbəkədən istifadə edir. 

Həmin insanlar güb ərzində nə etdiyini foto formasında ictimailləşdirir. Bu hal bəziləri tərəfindən normal qarşılansa da, bəziləri tərəfindən qınanılır.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, hər anını sosial şəbəkə paylaşan şəxslərin ciddi psixoloji problemi var:

“Elə insanlar gün ərzində 20-dən çox şəkil paylaşırlar. Bu isə psixologiyada normal hal kimi qarşılanmır.  Bu problemlər şəkilin hansı fondan çəkilməsindən asılı olaraq selfitis xəstəliyi, şəxsiyyət və davranış pozuntusu da ola bilər. Onu da deyim ki, bu tip insanlar başqalarının diqqətini cəlb etmək üçün daha çox qəmgin, kədərli şəkil paylaşmağa üstünlük verir. Belə şəkil paylaşan zaman insanlar nə baş verdiyini öyrənmək üçün həmin insana yazıb hal-əhvalını soruşur. Yaddan çıxan insan bir anda dostların diqqət mərkəzinə çevrilir. Bunu özünütəsdiq forması kimi də qiymətləndirmək olar”.

Sevinc

0