Azərbaycan dilinə yeni sözlər daxil ediləcək? – AMEA-dan açıqlama

SOSİAL
16:20 / 12.11.2026
48

Orfoqrafiya qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və bu ilin sonuna qədər Orfoqrafiya lüğəti hazır ola bilər

Bu barədə Trend-ə açıqlamasıbda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

O qeyd edib ki, Orfoepiya lüğəti isədemək olar ki, hazırdır və üzərində son işlər görülür.

"Lüğətin ilin sonuna yaxın təqdim olunması gözlənilir. Bununla yanaşı, Orfoqrafiya qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və bu ilin sonuna qədər hazır ola bilər.", - deyə N.Məmmədli əlavə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və dilçilik normalarına əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir yenilənib nəşr olunmalıdır. Orfoepiya lüğəti üçün isə qanunvericilikdə konkret illik müddət nəzərdə tutulmasa da, bu lüğət yeni orfoepiya normaları təsdiqləndikdə və ya dilin tələffüz sistemində əsaslı dəyişikliklər yarandıqda yenilənir.

Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub. Türkdilli dövlətlər içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır. Lüğətin hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib. Lüğətlərin nəşr edilməsi isə AMEA Rəyasət Heyətinin səlahiyyətindədir.
 

0