Uşağa hansı dildə təhsil verək?

14:39 / 12.09.2024
295

Dərs ilinin başlamasına çox az qalıb. Artıq birinci sinfə övlad göndərəcək valideynləin də, elə ilk dəfə məktəbə qədəm basacaq balacaların da həyəcanı pik həddədir. 

Həmişəki kimi yeni dərs ilində uşağı hansı dildə təhsilə yönəltmk məsələsi qabarıb.

Uşaq rusca təhsil alsın, ya öz ana dilində? Rus dilində təhsil almaq uşağı milli ruhdan, milli köklərdən uzaq sala bilərmi?

Mövzu ilə bağlı Hit.az-a danışan psixoloq Vəfa Səfayeva bildirib ki, milli ruha bağlı olmaq insanın ailə tərbiyəsindən, bağlarından daha çox asılıdır:

"Rus dilində oxumaq uşağa asanlıqla ikinci dil əldə etməyə kömək edir. İkinci dili ana dili kimi bilmək dünyaya geniş qapılar açılır. Əgər ziyanlı bir təbliğat yoxdursa, rus dilində danışmaq heç  bir problem yaratmamalıdır. Azərbaycanda məktəblər milli qanunvericilikl işlədiyinə görə, o uşaqlar elə milli ruhda da  böyüyürlər. Maraqlıdır  ki, eyni reaksiyanı ingilis və yatürk dili haqqında danışılanda göstərmirik. Rus dilini bilmək, digər böyük dilləri bilmək kimi bizi daha rəngarəng, daha böyük düşüncəli, böyük imkanlar  sahibi edir. Məsələn , istənilən ədəbiyyat daha əlçatan olur. Sonra əlavə dillər də öyrənə bilir. Təbii ki, bütün bu addımlar atılarkən uşağın ana dilini də öyrənməsinə, bu dildə danışmasına diqqət edilməlidir".

Murad

0