Bəzi uşaqlar niyə məktəbə getmək istəmir?

SOSİAL
20:58 / 17.09.2024
297

Artıq yeni tədris ilinə start verilib. 

Məktəbə sevinə-sevinə gedənlərlə yanaşı, ağlayaraq , gedənlərdə az deyil. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, əyləncəli tətil günlərindən sonra tez yatıb, tez durmaq, yeni qidalanma rejimi, üstəlik dərs stressi əvvəllərdə uşağa sıxıcı görünə bilər:

“Adətən azyaşlılar məktəbdə nizam-intizama öyrəşməkdə çətinlik çəkirlər və bu uşağın xoşuna gəlmir. Yeni qanunlar, dərslər uşaqların xoşuna gəlmir və buna görə də onlar məktəbə getmək istəmirlər. Məktəbə gedib hər hansı bir dərsi öyrənmək onlara əziyyət sayılır. Uşaqlar evdə rahat şəraitdə olurlar, nə istəyirlər onu edirlər. Bu şəraitdən çıxıb nizam-intizama uyğunlaşmaq uşaqlara çətindir. Hər bir uşağın özünün xarakteristikası olur, buna uyğun olaraq, onların adaptasiya prosesi var. Hər uşaq fərqli tərzdə adaptasiya olunur”.

Sevinc

0