Azərbaycanda çalışan qadınların sayı artır

SOSİAL
19:39 / 26.09.2024
300

Ötən illərlə müqayisədə çalışan qadınların sayı artır. 

Ancaq kişilər həyat yoldaşının işləməyini istəmir. 

Maraqlıdır, kişilər qadınların işləməsini niyə istəmir?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, son illər ölkəmizdə qadınların məşğulluğu, rəhbər vəzifələrdə çalışması istiqamətində müsbət dəyişikliklər hiss olunur: 

“Yaxın keçmişdə təəccüblü görünən işgüzar qadın anlayışı da get-gedə adiləşir. Amma ailəsi ilə birgə iş həyatını da davam davam etdirmək fürsəti hər xanıma verilməlidir. Qadınların cəmiyyətdə özünü göstərməsi üçün münasib şərait yaradılmır. Son illərin müşahidələri göstərir ki, ölkəmizdə qadınlar kiçik biznesin yaradılmasına və özünüməşğulluğuna daha çox maraq göstərirlər”.

Psixoloq onu da əlavə edib ki, Azərbaycan qadını üçün ən gözəl xüsusiyyət ana olmaq, gözəl övladlar yetişdirməkdir. Bizdə qadın hər iki vəzifəni, yəni, həm ana olmaq, həm də peşəkar karyera qurmaq vəzifəsini layiqincə yerinə yetirirsə, ona həmişə yol açmalı, dəstək olmalıyıq.

Sevinc

0