Mirasın bölünməsi necə aparılır?

SOSİAL
22:05 / 05.11.2024
423

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Baba rəhmətə gedib, ata da sağ deyil. Bu zaman mirasdan övlada pay düşür?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, belə olan halda mirasdan pay düşür:

“Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, qanun üzrə birinci növbə vərəsələrin nəvələrin, nəticələrin və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar”. 

Murad

0