Bu gün kifayət qədər anlamı olmayan, əlavə xərc tələb edən məclislər təşkil edilir. Əndazədən çıxan xına, nişan, toy mərasimləri, ad günləri və s.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ölkədə maddi dəyərlər getdikcə daha çox aparıcı rol oynamağa başlayır:
“İndi xınayaxdı, nişan mərasimləri əndazədən çıxıb. Eyni zamanda ad günləri, uşaqlara aid olan müxtəlif günlər və bu kimi göstərməlik məclislər təşkil edilir. Mənasız dəyərlərin yaranmasının qarşısını almaq üçün mütləq işlər görülməlidir. Bu sahə istiqamətində məsul qurumlar humanitar siyasət formalaşdırmalı və bunun əsasında həqiqi alimlərin iştirakı ilə fəaliyyət proqramı hazırlamalıdır”.
Sevinc