“Kərtənkələ” geri qayıdır

MƏDƏNİYYƏT
10:03 / 17.09.2026
215

Türkiyəli məşhur aktyor Timur Acar ekranlara qayıtmağa hazırlaşır.

Hit.az xəbər verir ki, sevilən aktyorun yeni layihəsi bəlli olub. 

Sənətçi “Centilmen” serialında çəkiləcək. O, “Now” telekanalında başlayacaq ekran işində “Tayfun Altınkıran” obrazına həyat verəcək. 

Qeyd edək ki, 46 yaşlı aktyor karyerası ərzində “Avrupa Yakası”, “Akasya Durağı”, “Yalan Dünya”, “Bebek İşi” və “Söz” kimi iddialı seriallarda çəkilib. Onun ən sevilən rollarından biri isə yayımlandığı dönəmə damğa vuran “Kərtənkələ” serialı olub. O, adıçəkilən layihədə “Kərtənkələ” obrazına həyat verib.

Pərviz 

0