Mayis Musayev işdən çıxdı

SOSİAL
14:33 / 14.05.2026
81

Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb. 

HİT.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

“Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim”, - M.Musayev bildirib.

Xatırladaq ki, o, 2021-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyindəki vəzifəsini icra edirdi. Daha əvvəl isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb. 

0