Azərbaycanda neçə qadın aliment verir?

SOSİAL
15:15 / 15.05.2026
36

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında 134 min aliment işi olub. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

"Hazırda icraatda olan aliment işlərindən təxminən 2500-ü (icraatda olan ümumi aliment işlərinin təxminən 1,9 faizi) üzrə borclu tərəf qadınlardır", deyə rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, 2025-ci ildə icraatda ümumilikdə 142 minədək aliment işi olub.

0