"Apple" elektromobil üçün SƏRVƏT XƏRCLƏYİB

AVTO
10:46 / 01.03.2024
1067

"Apple" şirkətinin ləğv etdiyi elektrikli avtomobil layihəsi ilə bağlı detallar bəlli olub.

"Cebhe.info" xəbər verir ki, şirkətin sözügedən layihəyə xərclədiyi vəsait gündəmi zəbt edib.

Belə ki, bu layihə üçün 10 milyard dollar sərf olunduğu ortaya çıxıb. Bu barədə məlumat "The New York Times" nəşrində dərc olunub. 

Bildirilib ki, layihənin uğursuzluğa düçar olmasının əsas səbəbi şirkətin avtonom idarə olunan avtomobil üçün lazımi proqram təminatı və alqoritmləri hazırlaya bilməməsi olub.

Qeyd edək ki, "Apple" 10 ildir üzərində çalışdığı elektromobil layihəsini ötən günlərdə ləğv etdiyini açıqlayıb. 

Pərviz

0