"Mercedes" elektromobillərlə bağlı planını TƏXİRƏ SALDI

AVTO
12:57 / 13.03.2024
1075

Dünyanın ən populyar avtomobil istehsalçılarından olan "Mercedes" elektromobillərlə bağlı planında dəyişiklik edib.

Hit.az xəbər verir ki, şirkət elektrikli avtomobillərə keçidi təxirə salıb.

Daha öncə 2025-ci ilə qədər satılan avtomobillərin 50 faizinin hibrid və elektromobillərin təşkil etməsi hədəfləndiyi açıqlanmışdı. 2024-cü ildə bu hədəfin 21 faiz olduğu elan olunmuşdu. Lakin müxtəlif zamanlarda mövcud göstəricilər hədəflərdən çox uzaq qalıb. 

"Mercedes" avtomobil satışlarının 50 faizinin hibrid və elektromobillər olması hədəfini 2026-cı ilə təxirə salıb. Buna səbəb kimi elektrikli modellərin istehsal xərcinin benzinli avtomobillərin xərcini keçməyəcəyi göstərilib. Bundan başqa, şirkətin benzinli avtomobillərin istehsalına 2030-cu illərdə də davam edəcəyi qeyd olunub. 

Pərviz

0