"Volkswagen"in yeni modeli bu tarixdə təqdim olunacaq

AVTO
10:29 / 18.03.2024
1175

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, bu model "ID.Buzz"un "GTX" versiyası olacaq. 

Avtomobilin təqdimatı isə 21 martda keçiriləcək. Sözügedən model 340 at gücündə olacaq. O iki elektromotora sahibdir. Lakin avtomobilin həcmində və digər göstəricilərində ciddi dəyişiklik olmayacağı gözlənilir. Onun "ID.7 GTX Tourer" ilə bənzər göstəricilərə malik olduğu da qeyd olunub. Artıq avtomobilin ilk sınaq sürüşləri Nürburqrinqdə baş tutub. 

Pərviz

0