Avtomobil simvolu və əyri ox olan düymə nədir? - Bütün sürücülər bunu bilmir

AVTO
22:14 / 18.05.2026
45

Bir çox avtomobillərdə avtomobil təsviri və əyri ox olan düyməni görmək mümkündür. O, adətən kondisioner tənzimləyicilərinin yanında yerləşir. 

Hit.az xəbər verir ki, “Southern Living” bu düymənin nə üçün istifadə olunduğunu izah edib.

Qeyd olunur ki, bu düymə havanın resirkulyasiyası funksiyasını aktivləşdirir. O, isti havada salonun sərin qalması üçün istifadə olunur.

“Eden Tyres & Servicing” şirkətinin mütəxəssisləri bildiriblər ki, havanın resirkulyasiyası kondisionerlə birlikdə istifadə edildikdə daha effektiv olur. Bu zaman kondisionerin soyutduğu hava yenidən dövriyyəyə daxil edilir.

“Eden Tyres & Servicing” həmçinin qeyd edib ki, qış aylarında bu funksiyadan istifadə etmək məsləhət deyil. Çünki resirkulyasiya olunmuş hava soyuq havanın salona daxil olmasının qarşısını almır.

“Gələn yay avtomobilinizin qızmış salonuna oturduğunuzda havanın resirkulyasiyası düyməsini basın və bunun avtomobili daha tez soyudub-soyutmadığını yoxlayın. Əgər kömək etmirsə, mexaniki yoxlama üçün servisə müraciət etmək olar”, deyə nəşrdə əlavə olunub.

Samir
 

0