Ermənistan COP29-da iştirak edəcək?

COP29
17:14 / 22.07.2024
2694

"Azərbaycan Ermənistanı COP29 tədbirinə dəvət etməsi ölkəmizin sülhpərvər olmasından xəbər verir. Bu dəvət Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istəyindən xəbər verir”.

Bu sözləri Hit.az-a siyasi şərhçi Mətin Məmmədli deyib.

O bildirib kii, Ermənistanın məlum dəvətə necə reaksiya verəcəyi yaxın günlərdə bəlli olacaq:

“Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan maraqlıdır ki, bütün dövlətlər COP29-da iştirak etsin".

Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. 

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İrəvana dəvət göndərilib:

"Dəvət qərarı hələ də rəsmi diplomatik əlaqələri olmayan Bakı ilə İrəvan arasında onilliklər boyu davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan sülh prosesi fonunda verilib. Muxtar Babayev (COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib. Biz rəsmi dəvət göndərmişik. Bunu ilk dəfədir, xarici mediaya deyirəm”.

Sevinc


 

0