Suriyada terror aktları törədilib, ölənlər və yaralananlar var - FOTO

DÜNYA
18:56 / 31.01.2021
750

Suriyanın Əəzəz və Əl-Bab şəhərlərində partlayışlar törədilib.

HİT.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayışlar zamanı azı 10 nəfər həlak olub, 24 nəfər yaralanıb.

İlk partlayış Suriya müxalifətinin nəzarətində olan Əəzəz şəhərində baş verib. Partlayıcı qurğu müvəqqəti hökumət binasının və mədəniyyət mərkəzinin qarşısında dayanmış avtomobildə işə düşüb. Partlayış nəticəsində 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Bir qədər sonra Əl-Bab şəhərindən 5 km şərqdə yerləşən Zerzur ərazisində nəzarət-buraxılış məntəqəsində ikinci partlayış törədilib. Hadisə zamanı azı 6 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Ölənlərin sayının artaması istisna olunmur.

1