Aİ-dən bu ölkəyə qarşı SƏRT QƏRAR: Növbəti sırada...

DÜNYA
00:16 / 16.11.2021
1347

Aİ-nin Belarus hakimiyyətinə qarşı beşinci sanksiyalar paketi razılaşdırılıb və yaxın günlərdə qüvvəyə minəcək. Növbəti addım miqrant axınının təşkilatçılarına qarşı yönələcək yeni sanksiyaların qəbul edilməsidir. 

Hit.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra baş tutan mətbuat konfransında deyib.

İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Koven deyib ki, Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən razılaşdırılan tədbirlərdən biri "Belavia" aviaşirkəti ilə lizinq müqavilələrinə xitam verilməsidir: 

“Təyyarələrin Belavia tərəfindən icarəyə götürüldüyü müqavilələr, faktiki olaraq ləğv ediləcək. Təyyarələri geri qaytarmaq lazım gələcək, əks halda, inanıram ki, məhkəmə olacaq”.

Bu tədbir "Belavia" üçün kifayət qədər ağrılıdır, çünki onun hava donanmasının yarıdan çoxu icarədədir. 

Digər ölkələrin, o cümlədən Rusiyanın “Aeroflot” aviaşirkətinə qarşı sanksiyalardan söhbət getmir.

Belarusa qarşı altıncı sanksiyalar paketinin hazırlanmasını Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau da açıqlayıb, lakin onun məzmununa aydınlıq gətirilməyib. Minsk artıq cavab olaraq "ən sərt tədbirlər" vəd edib.

Xəyal Abdullayev/Hit.az

0