Zurabişvilidən Saakaşviliyə görə GÖZLƏNİLMƏZ MÜRACİƏT

DÜNYA
07:30 / 18.11.2021
1639

Gürcüstan Prezident Salome Zurabişvili Mixeil Saakaşvilinin Qldani xəstəxanasında lazımi müalicə ala bilməyəcəyi təqdirdə mülki klinikaya köçürülməsi üçün hakimiyyətə müraciət edib.

Bu barədə az öncə ölkə prezidenti keçirdiyi xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, keçmiş prezidentin sağlamlığı ilə bağlı yarana biləcək problem, ölkədə qarşıdurmaya səbəb ola bilər, bu səbəbdən Saakaşvilinin sağlamlığı mütləq şəkildə qorunmalıdır.

Zurabişvili xəstəxanaya köçürülən zaman Saakaşvili ilə bağlı yayılan kadırlarla bağlı kökuməti tənqid edib, kadrların yayılmasını qəbuledilməz adlandırıb:

"Eks-prezident adi məhbus ola bilməz, o, xüsusi məhbusdur - ölkəmizin siması bizim ona necə münasibət göstərdiyimizdə, ləyaqətinin necə qorunacağında əks olunur.

Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin ləyaqəti qorunmalıdır. Belə ki, keçmiş prezident hər necə olsa, dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir. Ölkəmizin siması bizim ona necə yanaşdığımızda əks olunur.

Bütün bu müddət ərzində mən keçmiş prezidentin səhhəti ilə bağlı aidiyyatı qurumlardan, Xalq Müdafiəçisindən, Dövlət Müfəttişliyindən və Səhiyyə Nazirliyindən məlumat almışam”, - deyə Zurabişvili bildirib.

Prezident qeyd edib ki, ölkənin ləyaqətini və imicini qorumaq və təqdim etmək bu ölkənin Prezidenti kimi borcumdur./Publika.az

0