Türkiyədə güclü zəlzələ baş verdi

18:15 / 19.11.2021
1458

Türkiyənin Ərzurum şəhərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

“Haber Global” məlumat verir ki, zəlzələnin episentri Köprüköy rayonu olub.

Yeraltı təkanlar yerin 6,9 kilometr dərinliyində baş verib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

4