16:58 / 22.11.2021
116

Türkiyədə “İlin xəbər kanalı” “Haber Global” oldu - FOTO

Türkiyədə keçirilən “Marka Zirvəsi”ndə “5-ci Türkiyə Altın Marka Mükafatı” sahiblərinə təqdim olunub.

Sözügedən tədbirdə ticarət, iqtisadiyyat, mədəniyyət, incəsənət və media sahəsində müxtəlif kateqoriyaların ən yaxşıları mükafatlandırılıb.

Türkiyədə “İlin xəbər kanalı” nominasiyası üzrə mükafatın sahibi “Haber Global” telekanalı olub.

Mükafatı kanalın adından “Haber Global”ın xəbər koordinatoru Sərdar Akdoğar alıb.

“Mükafat üçün çox təşəkkür edirəm. Üç ildir yayım həyatımıza davam edirik. İlk gündən bu yana hər zaman hər kəsə düzgün xəbəri çatdırmaq üçün çalışırıq. Bundan sonra da eyni şəkildə davam edəcəyik”, - deyə o bildirib. 

0