DÜNYA
19:02 / 15.01.2022
92

Kiyev hava limanında bomba həyəcanı: İnsanlar təxliyə olundu

Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumatlara görə sərnişinlər təxliyə edilib.

Hit.az xarici  KİV-ə istinadən xəbər verir ki, bomba həyəcanı anonim zəngdən sonra verilib.

Qeyd edək ki,  bundan əvvəl də hava limanında partlayıcı qurğunun olması ilə bağlı bir neçə məlumat yayılıb. Yoxlamalar zamanı onların hər birinin yalan olduğunu təsdiqlənib.

0