Almatıda iğtişaşlar nəticəsində dəymiş ziyan hesablandı

DÜNYA
09:44 / 17.01.2022
1316

Alma-Ata merinin müavini İlyas Userov bildirib ki, şəhərdə iğtişaşlar və terror aktları nəticəsində dəymiş zərərin ilkin məbləği təxminən 260 milyon dollara çatıb. Biznes subyektləri təxminən 155 milyon dollar itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə mk.ru-nun məlumatında deyilir.

"Zərərin ümumi məbləği 112,6 milyard təngə, o cümlədən sahibkarlıq subyektlərinə 67 milyard təngə təşkil edib”, - o, operativ qərargahın iclasında bildirib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvarında başlayıb. Yerli sakinlər qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar.

Almatıda etirazçıların dövlət idarələrinə, mağazalara və banklara hücumu ilə qarət başlayıb. Onlar silahları, nəqliyyat vasitələrini və müxtəlif alətləri aparıblar.

0