DÜNYA
07:36 / 15.06.2022
434

Müharibə ilə bağlı bədbin proqnoz: Neçə il davam edə bilər?

Ukraynadakı müharibə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər.

HİT.az xəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke deyib.

Onun fikrincə, Rusiyanın müdafiə xəttinin hardasa yarılması ehtimalı var. Bu, işğalçı ölkəni ərazi ambisiyalarını daha da azaltmağa məcbur edəcək. Lakin belə olduqda, hazırki müharibə onilliklər boyu və ya daha çox davam edən dondurulmuş münaqişəyə çevriləcək.

Analitik hesab edir ki, Rusiyanın Severodonetski ələ keçirilməsi ehtimalı getdikcə daha da artır. Şəhərin Lisiçanskla birlikdə işğalı halında, Rusiya ordusu Luqansk vilayətinə tam nəzarəti ələ keçirəcək. Rusiyalı hərbçilər bu istiqamətdə uğur qazansalar, çox güman ki, diqqətlərini artıq xeyli hissəsi işğal olunmuş Donetsk bölgəsinə yönəldəcəklər.

Qeyd edək ki, Severodonetsk və Lisiçansk Luqansk vilayətində Ukrayna hərbçilərinin əlində olan sonuncu şəhərlərdir.

0