Bu gün tarixin vərəqlərində 19 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 19 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Beynəlxalq Kişilər Günü, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində Ümumdünya Tualet Günü, Boliviyada Qarifunaların Məskənləşmə Günü, Braziliyada Bayraq Günü, Monakoda isə Milli Gün kimi qeyd olunur. Beləliklə, tarixin 19 noyabrına nəzər salırıq.
19 noyabrda baş verənlər:
1996-cı ildə Azərbaycan və Kot-d'İvuar arasında diplomatik əlaqələr qurulub. Həmçinin, 1816-cı ildə Varşava Universiteti təsis edilib. 1938-ci ildə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün cənazəsi rəsmi mərasimlə İstanbuldan Ankaraya aparılıb. 1943-cü ildə Üçüncü Tarix Konqresi toplanıb. 1946-cı ildə Əfqanıstan, İslandiya və İsveç Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olublar. 1977-ci ildə Misir prezidenti Ənvər Sədat İsrailə səfər edən ilk ərəb lideri olub. 1988-ci ildə Bənazir Bhutto Pakistanın Baş naziri seçilib.
19 noyabrda doğulanlar:
1907-ci ildə aktrisa Kseniya Babiçeva, 1946-cı ildə müğənni Hüseynağa Hadıyev və 1956-cı ildə tarixçi, professor Aydın Balayev dünyaya gəlib.
Həmçinin, 1600-cü ildə İngiltərə, Şotlandiya və İrlandiya kralı I Karl, 1831-ci ildə ABŞ-nin 20-ci prezidenti və general-mayoru Ceyms Qarfild, 1888-ci ildə kubalı şahmatçı Xose Raul Kapablanka, 1900-cü ildə alman yazıçı Anna Zegers, 1909-cu ildə amerikalı və avstriyalı iqtisadçı Piter Druker, 1917-ci ildə Hindistanın yeganə qadın baş naziri İndira Qandi, 1921-ci ildə rusiyalı aktrisa Ayşət Maqomayeva, 1933-cü ildə amerikalı jurnalist Larri Kinq, 1951-ci ildə hindistanlı aktrisa Zinət Aman, 1954-cü ildə Misirin 6-cı prezidenti Əbdül Fəttah əs-Sisi, 1958-ci ildə amerikalı kinorejissor və ssenari müəllifi Çarli Kaufman, 1961-ci ildə amerikalı aktrisa Meq Rayan, 1965-ci ildə fransız futbolçusu və baş məşqçisi Loran Blan və 1999-cu ildə rusiyalı fiqurçu Yevgeniya Medvedyeva doğulub.
19 noyabrda vəfat edənlər:
1972-ci ildə tarzən Nadir Mansurov, 2003-cü ildə memar Davud Axundov və 2016-cı ildə Xalq artisti, dirijor Nəriman Əzimov dünyasını dəyişib.
Həmçinin, 1092-ci ildə Səlcuq sultanı I Məlikşah, 1665-ci ildə fransız rəssam Nikola Pussen, 1828-ci ildə avstriyalı bəstəkar Frans Şubert, 1850-ci ildə ABŞ-nin 9-cu vitse-prezidenti Riçard Conson, 1925-ci ildə fransız mühəndisi Anri Fayol, 1982-ci ildə amerikalı və kanadalı sosioloq İrvinq Hofman, 1993-cü ildə sovet kinorejissoru Leonid Qayday və 2013-cü ildə ingilis biokimyaçısı Frederik Senger vəfat edib.
Pərviz


