Estoniya hökuməti istefa verdi

DÜNYA
11:42 / 14.07.2022
1014

Estoniyanın Baş naziri Kaja Kallas və hökuməti istefa verib.

HİT.az TASS-a istinadən xəbər verir ki, Kaja Kallas istefası barədə özü açıqlama yayıb.

Baş nazir bildirib ki, onun rəhbərlik etdiyi hökumət ölkəyə çox çətin zamanda - COVID-19 pandemiyası, Rusiyanın Ukraynaya qarşı müharibəsi və enerji böhranının olduğu zamanda rəhbərlik edib: "Çətin vaxtlara baxmayaraq, biz Estoniya dövlətini daha da gücləndirmək və xalqımıza dəstək olmaq üçün çoxlu yaxşı və böyük işlər görmüşük”.

"Estoniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə bir milyard avro vəsait ayrılıb və NATO-nun şərq cinahının müdafiəsinin gücləndirilməsinə nail olmuşuq. Ukraynanın ən böyük dəstəkçilərindən biri olmuşuq. Estoniya etibarlı əllərdədir”, deyə Kallas əlavə edib.

Xatırladaq ki, o, 2021-ci ildən bu vəzifəni icra edirdi. Kaja Kallas Estoniyanın 19-cu baş naziri idi.

Qeyd edək ki, onunla birlikdə hökumətin bütün üzvlərinin istefaya getdiyi bildirilir

0