DÜNYA
21:00 / 31.07.2022
1586

1948-ci ildə sahildə ölü tapıldı, 73 ildən sonra kim olduğu müəyyənləşdi - Kimdir “Somerton Adamı”?

DNT geneologiyası son vaxtlar çoxlu sayda üstü açılmamış cinayətləri üzə çıxarıb. Lakin haqqında danışacağımız bu əvvəlkilərdən tamamilə fərqlənir. 1948-ci ildə Avstraliyada bir çimərlikdə ölü tapılan və 73 ildir yüzlərlə nəzəriyyəyə, minlərlə məqaləyə mövzu olan "Somerton Adamı”n kimliyi nəhayət ki, məlum olub. Bununla belə, hələ də cavabsız qalan suallar var...
 
Təqvimlər 1 dekabr 1948-ci ili göstərirdi. Səhər saatlarında "Somerton Beach"ə çimmək üçün gedənlər ömürləri boyu unutmayacaqları mənzərə ilə qarşılaşırlar.
 
Avstraliyanın cənubunda yerləşən Adeleydə şəhərinin çimərliyində 40-50 yaşlarında, boyu 180 santimetr olan, kürəyi dalğaqırana söykənmiş. yaxşı bədən quruluşlu bir kişi uzanmış halda tapılıb. Gözünün rəngi boz-mavi, qırmızımtıl saçları ağarmağa başlamış adamın sinəsində yarı çəkilmiş siqaret kötüyü var idi.
 
Onun üzərində şəxsiyyəti təsdiq edən sənəd tapılmayan polis mərhumun kimliyini müəyyən etmək üçün başqa ipuçlarından istifadə etməli olub.
 
Mərhumun ciblərindən qatar və avtobus biletləri, saqqız, siqaret, bir qutu kibrit və iki daraq tapılıb. Biletlərdən birin onun ötən gün qatarla gələrək Adeleide stansiyasında düşdüyünü və baqajını stansiyanın baqaj otağında qoyduğunu göstərirdi.
 
Məlum olur ki, üzərindəki pencəyin və qalstukun etiketləri, çamadanından çıxan paltarların etiketləri kəsilib. Polisin danışdığı bir dərzi paltonun ABŞ-da tikilmiş ola biləcəyini deyib. Çamadandan çıxan ən faydalı ipucu çamaşır torbası idi. Çantanın üzərində "T. KEANE" yazılmış kimi görünürdü, lakin bu ad polisin itkin düşənlər siyahısında yox idi.
 
"Somerton Adamı"n çantasından çıxanlar
 
Üstəlik, bunların heç biri adamın kim olduğunu və ya cəsədinin Somerton çimərliyində niyə yatdığını izah etmirdi.
 
Meyitin yarılması da nəticəsiz qalır. Onun ölüm səbəbi belə məlum deyildi. Məlum olub ki, naməlum şəxsin dalağı böyüyüb, qaraciyəri zədələnib. Bunlar zəhərlənmədən xəbər verirdi, bundan başqa heç bir zəhər izi tapılmır.
 
Cəsədi qəbul etməyə heç kim gəlmədikdə, "Somerton Adamı"nın cansız bədəni mumiyalanıb. İstintaq zamanı mümkün şahidlərə göstərmək üçün onun üzünə gips çəkilib. Şəxsiyyəti məlum olmayan cəsəd bir müddət sonra dəfn edilib.
 
Digər tərəfdən, onun barmaq izləri və fotoşəkili dünyanın hər yerinə - İngiltərəyə, ABŞ-a, Afrikanın ingilisdilli ölkələrinə göndərilsə də, heç biri nəticə verməyib. Məsələn, 1949-cu ilin yanvarında FTB direktoru Con Edqar Huverin imzaladığı məktubda sözügedən şəxsin barmaq izlərinin FTB-nin məlumat bazasındakı qeydlərlə üst-üstə düşmədiyi bildirilmişdi.
 
Ömər Xəyyamın XI əsrdə yazdığı şeir...
 
Bir neçə ay sonra aparılan araşdırma daha çox çaşdırıcı sübutlar tapılır. Patoloq kişinin geyiminə yenidən baxmaq qərarına gəlib və saat cibində qatlanmış kağız parçası tapıb. Hardansa cırılmış olduğu bəlli olan kağızın üzərində çap hərfləri ilə farsca "son, bitdi” mənasını verən "ok shud" yazılmışdı.
 
Bu sözləri araşdıran ekspertlər maraqlı bir detala rast gəliblər: "Ok shud" Ömər Xəyyamın XI əsrdə yazdığı Rübailərinin son iki sözü olub. Bəs bu kağız parçasının cırıldığı kitabın qalan hissəsi harada idi? Bu sualın cavabı tezliklə aydın oldu. Polis bu yeni sübutu mətbuatla bölüşdükdən sonra bir vətəndaş axtarışda olan kitabı polisə gətirərək təhvil verib.
 
Şəxsiyyəti açıqlanmayan bu vətəndaş, kitabı naməlum meyitin tapılmasından bir gün əvvəl, noyabrın 30-da avtomobilində tapıb və bu ona qəribə görünsə da, buna məhəl qoymayıb, kənara atıb. Lakin əlindəki kitabın hadisənin işıqlandırılmasında faydalı ola biləcəyini anlayanda dərhal polis bölməsinə gedib.
 
 
 
Bir telefon npmrəsi, bir neçə anlamsız söz
 
istintaq davam etdikcə, tapmacanın hər bir parçası yeni bir sual işarəsinə səbəb olur. Kitabın arxa üzündə bir telefon nömrəsinin yazıldığı diqqəti çəkib. Nömrəni axtaran polis Adeleydin Qlenelq məhəlləsində yaşayan bir qadına çıxır.
 
Şəxsiyyəti açıqlanmayan qadın polislərin əlindəki gips maskasını görüb dəhşətə gəlsə də, kişini ümumiyyətlə tanımadığını bildirib.
 
Telefon nömrəsinin yanında müxtəlif hərflərdən ibarət qəribə mətn var idi. Bu mətnin müharibə dövrünün şifrəsi olduğu düşünülürdü, lakin bütün səylərə baxmayaraq, onu açmaq mümkün olmayıb.
 
Agent, balet ustası, yoxsa...?
 
Ötən 73 il ərzində "Somerton Adamı” Avstraliyanın ən maraqlı mövzularından biri olmağa davam edib. Son illərdə internetin geniş yayılması ilə bu maraq Avstraliyanın hüdudlarını aşaraq bütün dünyaya yayılıb.
 
Bəziləri iddia edirdi ki, adam çirkli işlərlə məşğul olan mafiya üzvüdür. Çünki onun paltarındakı etiketlər kəsilərək götürülmüşdü. Bəsiləri isə adamın bir agent olduğunu iddia edirdi. Onların əsas arqumenti kitabın arxasındakı qəribə kodlar idi.
 
Digərləri isə onun qeyri-adi uzun ayaqlarına görə keçmiş balet ustası olduğuna inanırdı. Fərqli şəkildəki qulaqları və dişlərinə görə qohumların tapılacağını irəli sürənlər də var idi.
 
Bazıları ise normalden uzun bacak kasları nedeniyle adamın eski bir balet olduğunu iddia ediyordu. Farklı şekildeki kulakları ve dişleri nedeniyle akrabalarının bulunabileceğini öne sürenler de vardı.
 
"Somerton Adamı"n tapıldığı yer (X işarəsi)
 
Şəxsiyyəti nəhayət açıqlandı
 
Bu işin həvəskarlarından biri də Adeleyde Universitetinin professoru Derek Abbott idi. Universitetdə Elektrik və Elektronika Mühəndisliyi Departamentində çalışan Abbott 1995-ci ildə ilk dəfə tanış olduğu "Somerton Adamı”ın kimliyini müəyyənləşdirmək üçün illərini sərf edib. Abbott nəhayət çərşənbə axşamı elan edib ki, minlərlə insanın axtardığı cavabı tapıb.
 
Bir müddətdir ABŞ-ın məşhur geneoloqu Kollin Fitzpatrik ilə əməkdaşlıq edən Abbott, "Somerton Adamı”ın 1905-ci ildə Melburnda anadan olmuş elektrik mühəndisi və alət ustası Karl Uebb olduğunu irəli sürüb.
 
Cənubi Avstraliya Polisi və Cənubi Avstraliya Məhkəmə Elmləri Departamenti hələ Fitzpartik və Abbottun iddialarını təsdiqləməyib. Polis səlahiyyətliləri "Somerton Adamı”la bağlı yeni tapıntıların hələ onlara çatmadığını və gələcəkdə mövzu ilə bağlı açıqlama veriləcəyini bildirib.
 
Abbott açıqlamasında bildirib ki, tapmacanın son parçasını tapmaq üçün DNT analizinin vacibliyini bildirib: "Biz sadəcə DNT-nin bizə dediyi şeyləri sizə deyirik. Bu adamın kimliyini qanuni olaraq tapmaq pilisin işidir".
 
Cavabı kökü olmayan saç telləri verdi
 
Abbott bir müddətdir ki, Cənubi Avstraliya polisini "Somerton Adamı”ın məzarını açmağa çağırırdı. Nəhayət, bu ötən ilin may ayında həyata keçirilib. Cənubi Avstraliya Məhkəmə Elmləri Departamentinin mütəxəssisləri o vaxtdan nümunələri ən dəqiq şəkildə təhlil etmək üçün çalışırlar.
 
Ancaq Abbott və Fitzpatriki nəticəyə aparan DNT nümunəsi buradan əldə ediləyib. Əvəzində polisin hazırladığı gips maskasının içərisinə yapışmış təxminən 50 köksüz saç telindən əldə edilən DNT-dən istifadə edilib.
 
"Somerton Adamı”ın kimliyini müəyyənləşdirmək üçün illərlə təkbaşına çalışan Abbotta 2011-ci ildə polis tərəfindən araşdırma məqsədilə 50-yə qədər tükdən istifadə etmək icazəsi verilmişdi. Adeleyde Universitetində 20 nəfərlik bir qrup 2012 və 2018-ci illərdə bu saç tellərindən DNT nümunələri çıxarmağa müvəffəq olub. Bu yolla "Somerton Adamı”ın anasının H4a1a1a haploqrupuna aid olduğu müəyyən edilib. Bu məlumat gələcəkdə "soy ağacı"nı hazırlayarkən mütəxəssislər üçün çox faydalı olub.
 
"Somerton Adamı"n gipsdən hazırlanan "ölüm maskası" 
 
Minlərlə qohumdan ibarət "soy ağacı"...
 
Fitzpatrik və Abbott nəhayət, 2022-ci ilin fevralında Kaliforniyada yerləşən "Astrea Forensics" adlı bir DNT analizi şirkətinin köməyi ilə geniş araşdırmaya başlayıb. "Golden State Killer" davasında da istifadə edilən genetik tədqiqat məlumat bazası olan "GEDmatch" istifadə edərək, iki mütəxəssis "Somerton Adamı”ın ata tərəfdən uzaq bir qohumunu tapıb.
 
Sonra bir ay gecə-gündüz çalışan Abbott və Fitzpatrik, 4000-dən çox insanın "so ağacı"nı inşa edib. Fitzpatrik, "New York Times"a açıqlamsında "soy ağacı" hazırlamağı "Sudoku" oyununa bənzədər "Siz ən yaxşı uyğunluğu tapmağa çalışırsınız" deyib.
 
Martın əvvəlində sosial dairəsində Çarlz kimi tanınan Karl Uebb adlı şəxs onların diqqətini çəkib. Qeydlərdə onun ölümü ilə bağlı heç bir məlumat və ya sənəd yox idi.
 
Seçki siyahıları, cinayət qeydləri, məhkəmə qərarları kimi tarixi sənədləri araşdıran ekspertlər müxtəlif detalları təsdiqləməyə başlayır. Uebb 1905-ci ildə Viktoriya ştatında anadan olub. Polis 1940-cı illərdəki nəzəriyyəsi "Somerton Adamı”ın bu əyalətdən Adeleydeyə gəlməsi ilə bağlı idi. O, elektrik mühəndisi və alət ustası işləyib.
 
Onun Melburnda çox yaxın yaşadığı bir bacısı da var idi. Bacısı Tomas Kin adlı bir adamla evli idi.
 
Bu şəkildə açılmış ən qədim işlərdən biri...
 
Lakin mənbələrdə Uebbin fotosu olmadığından, əmin olmaq mümkün deyildi. Beləliklə, Abbott və Fitzpatrik geneologiya tədqiqatlarını davam etdirir. "Somerton Adamı”ın ana "soy ağacı"nın daha dərinlərinə endikdə, onun hələ sağ olan üçüncü nəsil bir qohumunun olduğunu başa düşürlər. Mütəxəssislər bu şəxsdən götürülmüş DNT nümunəsini iyulun 23-də mövcud olan nümunələrlə müqayisə edərək, doğru insanı tapdıqlarını təsdiqləyiblər.
 
Fitzpatrik, "Qohumların DNT-lərindən ibarət nəhəng okeanda bir nəfəri Karlın atası, digərini isə anası ilə əlaqələndirə bildik. Bu analizlərdən əldə etdiyimiz DNT Karlın bacı-qardaşlarından biribə aid ola bilərdi. Lakin o, ailədə ölümü qeydə alınmayan yeganə şəxs idi", deyib.
 
Fitzpatrik CNN-ə açıqlamasında "Somerton Adamı” hər kəsin çözmək istədiyi folklor sirlərindən birinə bənzəyir və biz bunu həll etməyə nail olduq. Bu metodologiyadan istifadə etməklə həll edilən ən köhnə hallardan biridir. 70 illik saç tellərindən söhbət gedir. Üstəlik 70 ildir gipsin içində qalıb", deyə bildirib.
 
ABŞ-da yerləşən genetik tədqiqat şirkəti olan "Identifinders International"ın qurucusu və prezidenti kimi Dr. Kollin Fitzpatrik bundan əvvəl Ameliya Earhartın 1937-ci ildə yoxa çıxmasını və 1948-ci ildə "Northwest Airlines"ə məxsus 4422 saylı uçuş zamanı baş vermiş təyyarə qəzası kimi sirli işləri də araşdırıb.
 
Abbott isə DNT uyğunluğunu gördükləri anı "Özümü Everestə qalxıb zirvəyə çatmış kimi hiss etdim" deyərək izah edib.
 
Ölüm səbəbi hələ də bəlli deyil
 
Bir sözlə, "Somerton Adamı” davası 73 ildə heç vaxt bağlanmağa bu qədər yaxın olmamışdı. Lakin polis həmin şəxsin Karl Uebb olduğunu təsdiqləsə belə, hələ də cavablandırılmalı suallar var.
 
Bunlardan ən başlıcası ölüm səbəbi və onun "Somerton Beach"də nə işi var idi? Təbii ki, üzərindən çıxan dəlillər də açıqlama tələb edir. Rübailerin son iki sözünü niyə cibində daşıyırdı? Kitabın arxasındakı kod nə demək idi? Niyə onun paltarındakı etiketlər kəsilmişdi?
 
Bütün bu ipuçları Uebbin sağ qalan qohumlarının məlumatları ilə yenidən qiymətləndiriləcək. 
 
Bununla belə, Abbott və Fitzpatrik indiyə qədər Uebb haqqında müəyyən edə bildikləri bəzi məlumatları ictimaiyyətlə bölüşüb.
 
 
Haqqında son qeydiyyat arvadının qaldırdığı boşanma iddiasıdır
 
Məlumata görə, Uebb 16 noyabr 1905-ci ildə Viktoriya ştatının paytaxtı Melburnun Footskray məhəlləsində anadan olub. Altı uşağın ən kiçiyi olan Uebbin gəncliyi haqqında çox şey bilinməsə də, onun "Doff Uebb" kimi tanınan Doroti Robertsonla evləndiyi məlumdur. Cütlüyün uşaqlarının olduğuna dair heç bir məlumat yoxdur.
 
"Karl haqqında əlimizdə olan son fakt 1947-ci ilin aprel ayına aiddir. Həmin vaxt o, Dorotini tərk edib. Karl yoxa çıxdıqdan sonra Doroti məhkəməyə müraciət edib və boşanma iddiası qaldırıb", deyə Fitzpatrik bildirib.
 
Abbott və Fitzpatrik həmçinin bildirib ki, Robertson boşanmaq üçün ərizəni Melburnda məhkəməyə verib, lakin 1951-ci il sənədlərinə görə Cənubi Avstraliyanın Bute şəhərinə köçüb. Adeleydədən 144 kilometr şimal-şərqdə yerləşən Bute, "Somerton Adamı”ın niyə orada olmasının mümkün izahını verə bilər.
 
Abbott CNN-ə açıqlamasında "Onun Dorotini tapmaq üçün bu ştata gəlməsi mümkündür. Təbii ki, biz sadəcə ehtimalları artırırıq. Bura gəlməsinin səbəbinin həqiqətən də bununla bağlı olmasını söyləyə bilmərik, amma məntiqli görünür", deyib.
 
İctimai mənbələrdə mövcud olan məlumatlar Uebbin at yarışı oynamaqdan həzz aldığını göstərir. Abbott kitabın arxasından çıxan və parol olduğu düşünülən mənasız sözlərin əslində atların adlarının baş hərfləri ola biləcəyini bildirir. "Bəs, Ömər Xəyyamın bununla nə əlaqəsi var?" Abbott cavab verir ki, onlar Uebbin oxumağı və hətta şeir yazmağı xoşladığını müəyyənləşdiriblər.
 
"Dorotiyə nə oldu?"
 
Abbott bu tapıntıları Cənubi Avstraliya polisi ilə paylaşmadıqlarını, çünki "paralel araşdırma" apardıqlarını bildirib: "Hər şeyi etmədən danışmamaq onların protokoludur. Yəqin ki, biz bu açıqlamanı verdikdən sonra polis Adeleyde Universitetinə müraciət edəcək. Çünki DNT tapıntıları təkzibedilməzdir".
 
Beynində çoxlu yeni suallar olduğunu bildirən Fitzpatrik isə "Onun necə öldüyünə dair sirr pərdəsini açmağı çox arzulayıram. Toksikoloji araşdırmanın aparılmasını istəyirəm. Mən bir də Dorotiyə nə olduğunu bilmək istərdim", deyib.
 
Abbott, axtardıqları insanı tapmaq şansının 99,999% olduğunu, lakin hər zaman gözlənilməz sürprizlərin ola biləcəyini bildirib: "Fərz edək ki, bu adamın doğulanda övladlığa götürülən bir qardaşı var və biz onun haqqında heç nə bilmirik. Ya da bu adam əslində həmin qardaşdırsa?".
 
Virtual reallıq üzrə məhkəmə eksperti Daniel Voşart tərəfindən çəkilən "Somerton Adamı"n portreti
 
Arvadının babası olub-olmadığı da müəyyənləşdi
 
Abbott üçün "Somerton Adamı”ın şəxsiyyətini müəyyənləşdirməyin şəxsi əhəmiyyəti də var. Belə ki, Abbott 2009-cu ildə Rubailer kitabının arxasındakı telefon nömrəsinin sahib olan qadını tapmaq üçün geniş axtarış aparıb. Amma təəssüf ki, həmin vaxt qadın ölmüşdü. Hətta qadının dişləri və qulaqları "Somerton Adamı”a çox bənzəyən və peşəkar balet ustası olan oğlu Robin Tomson da ölmüşdü.
 
Amma Abbott qadının nəvəsi Reyçel Eqanla görüşə bilib. Zamanla sevgiyə çevrilən bu görüş cütlüyün 2010-cu ildə evlənməsi ilə nəticələnib. Başqa sözlə, "Somerton Adamı”ın Abbottun həyat yoldaşının babası olması ehtimalı da var.
 
İndi Abbott və Fitzpatrik haqlıdırsa, çimərlikdə tapılan cəsəd həqiqətən də Karl Uebbə məxsusdursa, o zaman dişlərin və qulaqların oxşarlığı sadəcə qəribə bir təsadüf olacaq və Eqanın "Somerton Adamı”ın nəvəsi olmadığı müəyyənləşəcək.
 
Abbott, arada heç bir əlaqənin olmadığını öyrənməyin onlara "böyük rahatlıq" verdiyini deyib: "Bunun belə olub-olmadığını düşünmək bizdə gərginlik yaradırdı. Beləliklə, həqiqəti öyrəndiyimiz üçün rahatladığımızı söyləyə bilərik."
 
Eqan isə "New York Times" qəzetinə açıqlamasında zarafatla belə deyib: "Derekin (əri Derek Abbott-red.) mənə qarşı boşanma iddiası qaldırmasını gözləyirəm".
 
Tərcümə: Aydın
Qaynarinfo
0