14:13 / 01.08.2022
766

Suriyanın şimalında PKK liderlərindən daha biri məhv edildi

Türkiyə kəşfiyyatı Suriyanın Ayn əl-Ərəb bölgəsində PKK/YPG terror qruplaşmasının liderlərindən birini məhv edib.

HİT.az bu barədə Anadolu-ya istinadən xəbər verir.

Türkiyə İstihbarat Təşkilatı (MİT) Suriyanın Ayn əl-Ərəb şəhərində PKK/YPG terror qruplaşmasının İcraiyyə Şurasının üzvü Arhan Armanı xüsusi əməliyyatla zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə etdiyimiz məlumata görə, "Barxoddan Mouş” kod adı ilə fəaliyyət göstərən bu terrorçu 2012-ci ildə bir dəfə həbs edilib və 2013-cü ildə azadlığa buraxıldıqdan sonra Muş şəhərinin ətraflarında PKK-ya qoşulub.

O, terror qruplaşmasının tərkibində silahlı fəaliyyət göstərməklə və ölkədə bir çox aksiyalarda iştirak etməklə Suriyaya gedərək terrorçuların və partlayıcıların Türkiyəyə daşınmasını təşkil edib.

2019-cu ildə bu terrorçu həm də PKK/YPG terror qruplaşmasının qondarma icra şurasının üzvü olub.

O, son illərdə Suriyanın Ayn əl-Ərəb bölgəsində fəallıq göstərərək terror və təxribat fəaliyyətini davam etdirib.

0