Ceff Bezos NASA-nın Aya qayıtmasına kömək edəcək

DÜNYA
18:08 / 22.05.2023
222

NASA Artemis proqramı üçün ikinci Ay enişini elan edib və 2029-cu ildə Ayın cənub qütbünə astronavtları çatdırmaq üçün "Blue Origin" ilə müqavilə bağlayıb.

HİT.az xəvər verir ki, "Blue Origin"in eniş aparatı "SpaceX" gəmiləri ilə birlikdə Artemis V missiyasının bir hissəsi olacaq.

NASA-nın 50 ildən sonra ilk dəfə Aya insan göndərmək planına iki milyarder kömək edir.

İlon Maskın “Space X” şirkəti hazırda NASA ilə “Starship” raketi əsasında eniş sistemi yaratmaq üçün işləyir. Maskdan sonra kosmos agentliyi "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdan Ayın missiyasında kömək istəyib. Onun “Blue Origin” şirkəti ekipajı Ayın səthinə endirəcək eniş aparatı inşa edəcək.

"TRT News"da yer alan məlumata görə, Ceff Bezos müqavilə çərçivəsində NASA-dan 3,4 milyard dollardan çox pul alacaq və onun şirkətinin də layihəyə eyni məbləğdə və ya daha çox öz pulunu xərcləyəcəyi gözlənilir.

Son insanlı missiyasını 1972-ci ildə Ayda edən NASA, 53 ildən sonra Artemida missiyası ilə yenidən Aya ayaq basmağı hədəfləyir. Lakin bu missiya 1969-cu ildəki Apollon missiyasından çox fərqlidir.

Aya qayıtmağı təkcə NASA deyil, Avropa və Yaponiya kimi beynəlxalq kosmik agentliklər, "SpaceX" və "Blue Origin" kimi özəl təşəbbüslər də dəstəkləyir.

Ay missiyası yalnız bir ziyarət və nümunə toplama ilə məhdudlaşmayacaq. Ayın ulduzlara səyahət bazasına çevrilməsi üçün ilk addım atılacaq.

Beləliklə, əvvəlcə Marsa, sonra isə uzaq planetlərə səyahət etmək mümkün olacaq.

Samir

0