ABŞ defolt təhlükəsi Ukraynaya ikinci plana keçirdi

14:03 / 23.05.2023
273

ABŞ-da yaranan milli borcla bağlı problemlərə görə Ukraynaya hərbi yardımın ayrılması məsələsinin müzakirəsi dayandırılıb. 

HİT.az xəbər verir ki, bunu konqresmen Endi Kim “The Hill” nəşrinə deyib.

ABŞ Konqresi dövlət borcunun sonrakı taleyini həll edə bilmədiyi üçün Ukraynaya əlavə hərbi yardımın ayrılması məsələsi indi ikinci plana düşüb və müzakirə olunmur.

"Ağ Ev və Konqres milli borc tavanı haqqında razılığa gəlməyincə, Ukrayna ilə bağlı ciddi söhbət edə bilmərik", deyə Kim qeyd edib.

Digər konqresmen Bill Kitinq bildirib ki, Ukrayna hazırda ehtiyac duyduğu hər şeylə təchiz olunub və yeni hərbi yardım paketlərinin ayrılması birbaşa əks-hücumun nəticələrindən asılı olacaq.

Qeyd edək ki, ABŞ-da son 12 ildə ilk dəfə olaraq defolt riski kritik həddə çatıb. Hazırda ABŞ hökuməti qanunla müəyyən edilmiş borc həddinə çatıb. Hökumət indi ya borcu ödəmək, defolt olmamaq üçün xərcləri kəskin şəkildə azaltmalı, ya da yenidən maliyyələşdirə bilmək üçün Konqresi borc tavanını artırmağa inandırmalıdır.

Samir

0