Fransa qısamüddətli daxili uçuşları qadağan edir - SƏBƏB

16:12 / 23.05.2023
260

Fransa eyni marşrutu qatarla 2 saat 30 dəqiqədən az müddətə qət etmək mümkündürsə, qısamüddətli daxili uçuşları qadağan edən qərar qəbyul edibş.

HİT.az BFM TV-yə istinadən xəbər verir ki, sənəd Fransa Respublikasının Rəsmi Jurnalında dərc olunub.

“Nəqliyyat Məcəlləsinin L.6412-3-cü maddəsinin II bəndi ilə qadağan edilmiş müntəzəm sərnişin hava daşımalarına hər istiqamətdə iki saat yarımdan az vaxt sərf edən alternativ dəmir yolu xətti mövcud olanlar daxildir”, deyə sənəddə qeyd edilir.

Qeyd olunur ki, qadağa birləşdirici reyslərə şamil edilmir. Bundan başqa, fərmanda dəqiqləşdirilir ki, qatarın yola düşmə və çatma məntəqəsi hava nəqliyyatı ilə eyni şəhər olmalıdır.

"Bu tədbir dünyada ilk dəfədir və hökumətin daha az istixana qazı buraxan nəqliyyat növlərindən istifadəni təşviq etmək siyasətinə tam uyğundur", deyə Fransanın nəqliyyat naziri Klement Bon deyib. 

O, "karbon neytrallığına nail olmaq və nəqliyyatın karbonsizləşdirilməsi istiqamətində mühüm addım" olduğunu bildirən fərmanın dərcini alqışlayıb.

Samir

 

0