Britaniya Ukrayna münaqişəsinin plana uyğun getmədiyini etiraf etdi
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Mançesterdəki “Onward” tədqiqat mərkəzinin tədbirində çıxışı zamanı deyib ki, Ukraynada döyüşlər Qərbin istədiyi kimi inkişaf etmir, bu səbəbdən də münaqişə uzana bilər.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl Rusiya hərbçiləri səngərlər qazıb, minalar yerləşdirib, tələlər və fiziki maneələr qurub və nəticədə çətin relyef yaradıb, bu, "zəhlətökən münaqişəyə" gətirib çıxarıb.
“Bizim heç birimiz bunu istəmirdik, çünki köhnəlmə müharibəsi ləng gedir və ağır itkilərlə doludur. Bu, üstünlük verilən variant deyil”, deyə o bildirib.
Nazirin sözlərinə görə, London Ukraynanın “tez zamanda qalib gəlməsini” istəyirdi.
Eyni zamanda, Kleverli Ukrayna Silahlı Qüvvələrinin hələ də irəlilədiyini qeyd edib və daha çox səbirli olmağa çağırıb. XİN rəhbəri etiraf edib ki, münaqişə bir sıra dövlətlərin iqtisadiyyatına güclü təsir göstərdiyindən Qərb üçün vahid cəbhə təqdim etmək çətindir.
Samir