DÜNYA
11:09 / 02.10.2023
157

Rusların Bolqarıstana avtomobillə daxil olması qadağan edilir

Bolqarıstan oktyabrın 2-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa tətbiq edəcək. 

HİT.az xəbər verir ki, bu barədə Bolqarıstan sərhəd polisinin rəhbəri Anton Zlatanov bildirib.

“Əminəm ki, günün sonuna qədər Bolqarıstanda rus avtomobillərinin ölkəyə girişinə qadağa qüvvəyə minəcək”, deyə o bildirib.

Giriş qadağası minik və yük maşınlarına şamil ediləcək. Sərhəd polisi direktorunun sözlərinə görə, hər ay Bolqarıstana çoxlu rus avtomobili girmir lakin o dəqiq rəqəm açıqlamayıb.

Oktyabrın 3-nə keçən gecə Norveç hökumətinin Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağası qüvvəyə minəcək. Məhdudiyyətlər 9 və ya daha az oturacaq yeri olan avtomobillərə şamil ediləcək. Bundan əvvəl Almaniya, Polşa, Finlandiya, Estoniya, Litva və Latviya oxşar qadağa tətbiq etmişdi. 

Samir

0