Ermənistan MDB-ni tərk edir? - ŞƏRH

DÜNYA
16:45 / 30.11.2023
463

Ermənistanla Rusiya arasında yaşanan gərginliklər fonunda yeni ehtimallar gündəmə gəlməyə davam edir.

Son olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın daha bir sürpriz addım ata biləcəyi iddia olunub. Belə ki, Ermənistanın MDB-ni tərk edə biləcəyi ehtimalları yaranıb. Son zamanlarda rəsmi İrəvanın KTMT-dən ayrılacağı və Gümrüdəki rus hərbi bazasının ölkədən çıxarılacağı ilə bağlı söz-söhbətlər səngimir. Bütün bunların fonunda, ində də Ermənistanın MDB-ni tərk edəcəyi və hətta Paşinyanın Sankt-Peterburq keçiriləcək toplantıya qatılmayacağı önə sürülüb. 

Bəs bu iddilar nə dərəcədə həqiqətə uyğundur? Nikol Paşinyan bu addımı ata bilər? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Ermənistan bir müddətdir Qərbdən dəstək alaraq Rusiyadan uzaqlaşmağa çalışır:

338953

"Amma indiki mərhələdə Ermənistanın MDB-ni tərk etməsini gözləmək hələ ki, tezdir. Ancaq belə bir ehtimal var. Çünki Ermənistanın Gürcüstan və Ukraynanın daha öncə getdiyi yolu getdiyini görürük. Lakin istər Gürcüstan, istərsə də Ukrayna üçün nəticə ağır oldu. Həmin ölkələrin hər ikisi Rusiyanın hərbi təcavüzünə məruz qaldı. Nəticə etibarilə də torpaqları işğal olundu. 

Ermənistanın da həmin yolu axıra kimi gedib-getməyəcəyini zaman göstərək. Qərb rəsmi Tiblis və Kiyevi yarı yolda qoyduğu kimi İrəvanı da yarı yolda qoya bilər. Onda isə yəqin ki, Ermənistan da eyni aqibəti yaşayacaq". 

Pərviz

0