Avstriya kansleri Putinlə görüşmək istəyir, amma...

DÜNYA
10:49 / 29.02.2024
265

Avstriya kansleri Karl Nehammer əgər bu, Ukraynada davam edən münaqişənin həllinə kömək edərsə, Rusiya prezidenti Vladimir Putinlə danışmağa hazır olduğunu açıqlayıb. 

HİT.az xəbər verir ki, kansler bu barədə yerli OE24 telekanalına bildirib.

Avstriya hökuməti başçısının sözlərinə görə, Qərb dövlətlərinin Moskva ilə əlaqə saxlaması çox vacibdir. Səbəb odur ki, Rusiya Federasiyası olmadan sülhə nail olmaq mümkün deyil.

"Bu o deməkdir ki, faydalı olacaqsa, bəli, mən Rusiya prezidenti ilə yenidən danışardım", deyə Nehammer vurğulayıb.

Fevralın 27-də Avstriya kansleri bildirib ki, beynəlxalq ictimaiyyət Rusiya Federasiyasının prosesdə iştirakı olmadan Ukrayna böhranını həll edə bilməyəcək. Xüsusilə o, Putinin özünün danışıqlar masası arxasında olmasının vacibliyinə işarə edib.

Samir

0