"Şimali Koreya hakimiyyəti Kremlin Ukraynaya qarşı müharibə aparmaq səylərini dəstəkləməyə hazırdır".
HİT.az xəbər verir ki,bu fikirləri "Amerikanın Səsi" radiosuna müsahibəsində Stimson Mərkəzinin Koreya proqramının rəhbəri Cenni Taun deyib.
"Rusiyanın Şimali Koreya timsalında maraqlı tərəfdaşı var və o, Rusiya Federasiyasının səylərini dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır", deyən Taun əlavə ki, Ukrayna üçün Vladimir Putin və Kim Çen In arasında görüş yaxşı heç nə vəd etmir.
Analitik qeyd edib ki, Putin və Kim Çen In arasında aparılan danışıqlar nəticəsində Şimali Koreya Rusiyaya silah verməklə yanaşı, çox səviyyəli əməkdaşlığa, xüsusən də hərbi, iqtisadi, mədəni və texnoloji sahələrə çıxış əldə edib.
"Söhbət iqtisadi komponentdən gedir və bu, Şimali Koreya üçün ən cəlbedicidir. Onlar sanksiyalara baxmayaraq, iqtisadi əməkdaşlıq qurur, Rusiyanın aparıcı rol oynadığı Amerika-Avropa sisteminə öz alternativini yaratmağa çalışır. Beləliklə, əvəzində Şimali Koreya ABŞ-la sanksiyaların ləğvi ilə bağlı danışıqların mümkünlüyünü nəzərə alaraq, bu sanksiyalardan yan keçmək üçün Rusiya Federasiyası ilə danışıqlar apara bilər", deyə analitik vəziyyəti izah edib.
Taunun sözlərinə görə, Putinin Kim Çen Ina dəbdəbəli avtomobillər şəklində bahalı hədiyyə verməsinin özü onun sanksiyalara münasibəti barədə açıq bəyanatdır. Buna görə də ekspertin qeyd etdiyi kimi, ABŞ-ın Rusiyaya silah tədarükünə görə Şimali Koreyaya qarşı nəzərdən keçirə biləcəyi istənilən sanksiyalar birtərəfli olacaq və yalnız ABŞ və onun tərəfdaşları tərəfindən müşahidə olunacaq.
"Onlar Rusiya Federasiyası ilə Şimali Koreya arasında əməkdaşlığı dayandırmayacaqlar", deyə ekspert bildirib.
Samir