Solingendəki terror Şoltsu qəzəbləndirib: Daha çox miqrant deportasiya ediləcək

DÜNYA
12:30 / 27.08.2024
147

Almaniya hakimiyyəti ölkədə olmaq hüququ olmayan şəxslərin çıxarılması üçün bütün mümkün tədbirləri görməlidir. 

HİT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Solingen şəhərində baş verən terror aktından sonra çıxışı zamanı deyib.

"Biz hər şeyi etməliyik ki, mümkünsə, ölkəmizdə belə hadisələr baş verməsin. Əlimizdə olan, edilə bilən hər şey edilməlidir", deyə kansler bildirib.

Siyasətçi həmçinin bəyan edib ki, ölkə hakimiyyəti silah gəzdirmə qaydalarını, xüsusən də bıçaqla bağlı qaydaları növbəti dəfə sərtləşdirəcək.

Solingendə hücum avqustun 23-də baş verib. Nəticədə 10-dan çox adam yaralanıb. Terror aktını törədənin bir neçə il əvvəl Almaniyaya gəlmiş qaçqın olduğu üzə çıxıb. Lakin o, Almaniyadan sığınacaq üçün icazə ala bilməyib.

2023-cü ildə miqrant Bolqarıstana göndərilməli imiş, çünki o, Bolqarıstan vasitəsilə Avropa İttifaqına daxil olub. Qaçqını deportasiya etmək mümkün olmayıb, polis onu altı ay ərzində tapa bilməyib. Miqrant müraciət edərək, ikinci dəfə sığınacaq istəyib və Solingendə müvəqqəti yaşayış icazəsi alıb.

Samir
 

0