Evlənmək üçün Azərbaycana, oradan da…-Türkiyəli ailənin başlıq pulu DRAMI

DÜNYA
21:55 / 11.05.2020
1272

Türkiyədə övladlarını evləndirmək ümidi ilə 1800 kilometr yol qət edən ailə işbazlara 45 min lirə, yəni 10 min manat pul verib.

Türkiyə mətbuatı xəbər verir ki, Manisa şəhərindən İğdıra oğullarını evlənmək ümidi ilə 1800 kilometr yol qət edən bir ailə başlıq pulu bəhanəsi ilə aldadılıb.

Bildirilir ki, Manisanın Yunusemre rayonunda Kadir Uslu və həyat yoldaşı Nazife Uslu oğulları Halil İbrahim Uslunu evləndirmək üçün Azərbaycana gəliblər. 10 gün qaldıqdan qız tapa bilməyəcəklərini anlayınca avtobusla Manisaya geri dönməyi qərarlaşdırıblar. Avtobusda bir şəxs onların oğulları üçün evlənmək üçün qız tapacağına söz verdikdən sonra ailə Manisadan 800 km məsafəni avtobusla qət edərək İğdıra gedib. Evlənməklə bağlı başlıq pulunu alan şəxs pulu aldıqdan sonra ortadan yox olub.

Şəlalə Babayeva

0
Sonxeber.az