Mask respublikaçıları dəstəkləmək üçün 200 milyon dollara qədər vəsait xərcləyə bilər

DÜNYA
15:30 / 20.08.2026
46

Amerikalı sahibkar İlon Mask ABŞ-da keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının namizədlərini dəstəkləmək üçün 200 milyon dollara qədər vəsait xərcləyə bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Wired” administrasiya rəsmilərinə istinadən məlumat yayıb.

“Mask noyabrda keçiriləcək aralıq seçkilərində respublikaçıları dəstəkləmək üçün böyük məbləğ xərcləmək niyyətindədir. Məbləğ dəyişə bilər, lakin administrasiya nümayəndələrinin fikrincə, Mask 100-200 milyon dollar arasında vəsait xərcləyəcək”, – nəşrin məlumatında deyilir.

Gözlənilir ki, xərclərin əsas hissəsi Texas kimi həlledici ştatlarda seçicilərin səsverməyə cəlb olunmasına yönəldiləcək.

ABŞ Konqresinə aralıq seçkiləri ənənəvi olaraq noyabrın ilk çərşənbə axşamı – bu il noyabrın 3-də keçiriləcək.

Analitiklərin fikrincə, respublikaçılar Nümayəndələr Palatasına nəzarəti demokratlara itirə bilərlər. Ekspertlər mümkün çoxluq itkisini ABŞ administrasiyasının İranla hərbi münaqişə fonunda reytinqinin aşağı düşməsi və qiymətlərin artması ilə əlaqələndirirlər.

Samir

0